“Şagirdlər arasında dispanzerizasiya barəsində maarifləndirmə işinin aparılması” mövzusunda disput keçirildi

06.12.2017-ci il tarixində məktəbimizdə “Uşaqların icbari dispanzerizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə “Şagirdlər arasında dispanzerizasiya barəsində maarifləndirmə işinin aparılması” mövzusunda disput keçirildi. Disputda məktəb rəhbərliyi, tibb bacısı, UBTR, psixoloq, valideynlər və şagirdlər iştirak etdilər. Tədbirdə uşaqlar və valideynlər arasında sağlamlıq, xəstəliklərin risk amilləri, onların qarşısının alınması mövzusinda söhbət aparıldı. Bu mövzuda maarifləndirmə materialları yayıldı.