Mütaliə vərdişlərinin təkmilləşdirilməsi

30.11.2017-ci il tarixində məktəbimizdə "Təhsildə keyfiyyət ili" çərçivəsində şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi məqsədilə VII-VIII sinif şagirdləri arasında müsabiqə keçirildi. Müsabiqədə şagirdlər C.Cabbarlı yaradıcılığına müraciət etmiş, seçilmiş əsərlərindən kiçik səhnəcik, tamaşalar hazırlamış, yazıçının şeirlərini səsləndirmiş və yaradıcılığına həsr olunmuş video-çarxlar nümayiş etdirdilər. Müstəqil şəkildə hazırlanmış tamaşa və video-çarxlar münsiflər heyəti tərəfindən qiymətləndirildi. İştirakçı siniflər arasında qalib elan olundu. 8b sinif şagirdləri digər siniflərdən fəallığı, aktyorluq məharəti və bəlağətli nitq qabiliyyəti, eləcə də məlumatın dolğunluğu ilə fərqləndiyi üçün qalib seçildi və kitabxana rəhbərliyi tərəfindən mütaliə vərdişlərinin daha da təkmilləşdirilməsi üçün həm xarici, həm də yerli yazıçıların müxtəlif kitabları ilə təltif olundular.