“Məktəb əmlakını qorumaq hər birimizin borcudur!” mövzusunda dəyirmi masa

21.11.2017-ci il tarixində məktəbimizdə kitabxana rəhbərliyinin təşəbbüsü ilə “Məktəb ümumi evimizdir, onun əmlakını qorumaq hər birimizin borcu və vəzifəsidir!” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə şagirdlər sinif otaqlarının və oradakı əşyaların təmiz saxlanılması, kitablarla səliqəli davranılması haqqında fikir mübadiləsi etdilər. Ümumi təmizlik qaydası haqqında şagirdlərin hazırladığı səhnəcik göstərildi. Yekunda hər bir şagirdin məktəb əmlakını qorumasının və səliqəli saxlanılmasına nəzarət etməsinin vacib olması tədbir iştirakçılarının nəzərinə çatdırildı. Qeyd olundu ki, hər bir sinifdə və ümumi məktəbdə növbətçiliyin düzgün qurulması və aparılmasının bu işə böyük köməyi ola bilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi