“Narkomani-bəşəriyyətin dəhşətli ağ ölümü” mövzusunda tədbir

02.12.2015-ci il tarixində 196№-li məktəbdə “Narkomani-bəşəriyyətin dəhşətli ağ ölümü” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə məktəbin direktoru Sevinc Mehdiyeva, Suraxanı rayonu YYÇ PİTB-nin şöbə rəisi Namiq Abbasov, Suraxanı rayonu Narkomaniya ilə mübarizə şöbəsinin rəisi Səməd Şıxli, məktəbin psixoloqu Günay Aslanova, tibb bacısı Səbirə Ağayeva çıxış edərək narkomaniyanın törədə biləcəyi fəsadlar haqqında şagirdlərə ətraflı məlumat verərək şagirdləri bəşəriyyətin bəlasına çevrilən bu “Ağ ölüm” ə qarşı mübarizəyə qoşulmağa çağırdılar. Onlar bu bəlanın yeniyetmələr və gənclər arasında daha çox yayıldığını deyərək onları daha diqqətli olmağa, daha çox məlumat əldə edərək narkotik maddələrdən uzaq durmağı məsləhət görmüşlər.Şagidlər də “Narkomaniya- bəşəriyyətin dəhşətli ağ ölümü” mövzusunda çıxışlar etmiş, səhnəciklər göstərmiş və hazırladıqları slaydları nümayiş etdirmişlər. Şagirdlərin bu mövzuda hazırladıqları rəsmlərdən ibarət sərgi nümayiş etdirilmişdir.Tədbirin sonunda məktəbin direktoru S.Mehdiyeva çıxış edərək şagirdlərə pis vərdişlərdən uzaq olmaq üçün ən yaxşı vasitənin elmlə, idmanla məşğul olaraq sağlam həyat tərzi keçirməyi məsləhət görmüşdür. Sonda məktəbin direktoru “Olimpiya hərəkatı” proqramı çərçivəsində Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin keçirdiyi Basketbol idman növündə II yeri tutduqları üçün məktəbimizin bir qrup şagirdlərini (S.Hikmət - 11a , Ə.Xəyal, B.Famil və N.Elvin-10a sinifi) təbrik edərək onlara Diplom və Kubok təqdim etmişdir.