196№-li məktəb "Zərdabi-ibtidai sinif şagirdlərinin oxu bacarığının inkişafi" layihəsinə qoşuldu.

27 noyabr tarixində məktəbimizdə “Zərdabi-ibtidai sinif şagirdlərinin oxu bacarığının inkişafı” layihəsinin həyata keçirilməsi barədə tədbir keçirildi. Tədbiri Təhsil nazirliyinin nümayəndəsi Gülnar xanım aparırdı. Tədbirdə məktəbin rəhbərliyi, 4-cü sinfin müəllimləri və valideynləri iştirak edirdilər. Gülnar xanım layihə haqqında ətraflı məlumat verərək valideynləri də bu layihədə iştirak etməyə və dəstək göstərməyə çağırdı. Validynlərə övladlarının kitaba, elmə marağının artması üçün müxtəlif məlumatlar və tövsiyyələr verdi və onların suallarını cavablandırdı.