"Bayraq gününə" həsr olunmuş ədəbi - bədii gecə

08.11.2017-ci il tarixində məktəbimizdə "Bayraq gününə" həsr olunmuş ədəbi - bədii gecə keçirildi. Açılış üçün söz məktəbimizin direktoru Sevinc Mehdiyevaya verildi. O, tədbir iştirakçılarını salamlayaraq dövlətimizin tarixindəki bu cür əlamətdar günlərin gənc nəslin vətənpərvər ruhda tərbiyyə olunmasında nə qədər böyük əhəmiyyət daşıdığını tədbir iştirakçılarına çatdırdı. Tədbirdə Dövlət bayrağına həsr olunmuş şeir və mahnılar səsləndirildi. Dövlət bayrağının yaranma tarixi haqqında məktəbimizin tarix müəllimi Cabbarov Bəhruz tədbir iştirakçılarına ətraflı məlumat verdi. Şagirdlərin Dövlət bayrağı günü münasibəti ilə hazırladığı video-çarx nümayiş etdirildi.