Müstəqillik gününə həsr edilmiş tədbir keçirildi.

17.10.2017-ci il tarixində məktəbimizdə 18 oktyabr Dövlət Müstəqilliyi gününə həsr edilmiş ədəbi-bədii tədbir keçirildi. Tədbirdə dövlətçiliyimizə, müstəqilliyə, dövlət başçısına həsr olunmuş şeirlər və mahnılar səsləndirildi, video çarx nümayiş etdirildi. 8 b sinif şagirdi Quliyeva Fərqanənin müstəgillik gününə həsr etdiyi şeiri xüsusi marağa səbəb oldu. Bundan başqa tədbir çııxış edən,məktəbimizin tarix müəllimi Novruzova Dinara tədbir iştirakçılarına dövlətimizin yaranma tarixi,müstəqilliyimizə gedən keşməkeşli yoldan, xalqımızın tarix boyu əzmkar, qorxmaz və mübariz olmasından, düşmənlərə qarşı şücaət nümayiş etdirərək ana vətən uğrunda daima canlarını fəda etməsindən, dövlət başçımızın ətrafında birləşərək həmişə yurdumuzun müdafiəsinə canla-başla hazır olmasından bəhs etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi