“Biz sülh istəyirik!” mövzusunda dəyirmi masa

Sülh! Sülh- əmin-amanlıqdır, asayişdir! Sülh- bolluqdur, bərəkətdir, firavanlıqdır! Süulh-sevincdir, səadətdir, şadlıqdır, xoş əhvali-ruhiyyədir! Sülh- ağ göyərçinlərin mavi səmalarda uçuşu, körpələrin üzünün təbəssümü, uşaqların şaqraq gülüşləridir!Bütün dünya xalqları sülh istəyir, göyərçini sülh rəmzi kimi qəbul edirlər.Bütün dünya xalqları kimi biz də sülh istəyirik, buna görə də, münaqişənin sülh yolu ilə nizamlanması məqsədilə beynəlxalq səviyyədə aparılan danışıqlara dəstək veririk. Bizim mövqeyimiz belədir. Münaqişə ədalətli sülhlə başa çatmalı, respublikamızın ərazi bütövlüyü təmin olunmalıdır. Bununla əlaqədar olaraq 20 Sentiyabr 2017-ci il tarixdə məktəbimizdə beynəlxsalq sülh günü münasibəti ilə dəyirmi masa keçirildi. Şagirdlər və müəllimlər mövzu ilə bağlı öz fikirlərini bildirdilər, bütün dünyada sülhün bərqərar olmasını arzu etdiklərini söylədilər. Bundan başqa VII-XI sinif şagirdləri arasında “Biz sülh istəyirik!” mövzusunda şeir, inşa və rəsm müsabiqəsi keçirildi. Şagirdlər çox böyük həvəslə müsabiqədə iştirak edərək işğal altında olan torpaqlarımızın da yaxın zamanda ali baş komandan Cənab İlham Əliyevin rəhbərliyi altında sülh yolu ilə alınacağına ümid etdiklərini inşa, şeir və rəsmlərində əks etdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi