15 sentiyabr 2017- ci il tarixdə məktəbimizdə “Bilik günü” bayrami qeyd edildi.

Tədbirdə Suraxani rayonu İcra Hakimiyyətinin baçısı canab İlqar Abbasovun təbrik məktubu oxundu. Hövsan qəs. Bələdiyyəsinin sədri Xəlilov Elbrus çıxış edərək tədbir iştirakçılarını “Bilik günü” bayramı münasibəti ilə təbrik etdi. Daha sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Aidə Cəfərova çıxış edərək məktəbimizin 2016-2017-ci tədris ilindəki naliyyətlərindən danışdı, müəllimlərə və şagirdlərə yeni dərs ilində müvəffəqiyyətlər arzuladı. Valideynlər adından Gülşən xanım çıxış edərək Prezidentimiz möhtərəm İlham Əliyev cənabları və xanımi Respublikamızın I Vitse-prezidenti Mehriban xanım Əliyevanın təhsilə, təhsil işçilərinə və təhsil alanlara ayırdığı yüksək diqqət və qayğıdan danışdı və onlara dərin təşəkkürünü bildirdi. Tədbirdə şagirdlər Bilik gününə həsr olunmuş şeir və mahnıları ifa etdilər. Sonda məktəbimizə ilk qədəmlərini basan birıncilər üçün ilk zəng çalındı.