28 may Respublika gününə həsr olunmuş tədbir keçirildi.

26.05.2017-ci il tarixində məktəbimizdə 28 may Respublika gününə həsr olunmuş “Bir kərə yüksələn bayraq bir daha enməz” adlı tədbir keçirildi.Tədbirdə şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, mövcud olduğu qısa müddət ərzindəki fəaliyyəti barədə şagirdlərə geniş məlumat verildi . Ölkəmizin müstəqilliyi bərpa olunduqdan sonra qazanılmış uğurlardan, dövlət quruculuğu sahəsində Ümumi Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs edildi.Tədbirdə Ulu Öndər H.Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevinin rəhbərliyi ilə respublikamızın bu gün inamla irəlilədiyi, regionda və dünyada lider dövlətə çevrildiyi nəzərə çatdırıdlı.Şagirdlər müstəqilliyə, vətənpərvərliyə həsr edilmiş şeirlər, mahnılar söyləyib, rəqs nömrələri nümayiş etdirdilər.