M. P. Vaqifin anadan olmasının 300 illiyi münasibətilə tədbir keçirildi

24 May 2017- ci il tarixində məktəbimizdə Azərbaycan təhsil Nazirliyinin qərarı ilə görkəmli Azərbaycan şairi M. P.Vaqifin anadan olmasının 300 illiyi münasibətilə tədbir keçirildi. Tədbirdə şairin sözlərinə bəstələnmiş mahnılar səsləndi, maraqlı səhnəciklər, şeirlər ifa olundu. Tədbiri məktəbin dil-ədəbiyyat müəllimi Zərifə Mikayılova hazırlamışdı. Sonda məktəbin direktoru S.Mehdiyeva çıxış etdi və böyük şairimizin həyat və yaradıcılığına həsr olunmuş tədbiri yüksək qiymətləndirdi və Z. Mikayılovanın fəaliyyətini “Təşəkkürnamə” ilə mükafatlandırdı.