"Əmək insanı ucaldır" mövzusunda gecə keçirildi.

Məktəbimizdə 16 may 2017-ci il tarixində "Əmək insanı ucaldır" mövzusunda gecə keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edirdilər.Gecədə rəngarəng səhnəciklər, musiqilər, rəqslər nümayiş etdirildi. Şagirdlər meyvələrin bəzənməsi, səhər süfrəsinin hazırlanması yarışmasında məharətlə iştirak etdilər və necə incə bir zövqə malik olduqlarını göstərdilər. Bu gecəni keçirməkdə məqsədimizşagirdlərin estetik zövqünün frmalaşması idi. Şagirdlər zəhmətin, alın tərinin insan həyatındakı rolunu iştirakçılara nümayişetdirməyə çalışdılar. Bir daha əmin olduq ki, səadətə, xoş günlərə gedən yol yalnız əmək sahəsindən keçir. Əmək insanı ucaldır, onu şəhrətləndirir. Sonda məktəbin direktoru Sevinc Mehdiyeva çıxış edərək "Gecədə" iştirak edən şagirdləri və tədbiri hazırlayan məktəbimizin texnologiya müəllimi Səidə Fətullayevanı təbrik etdi.