2016-cı ilin aprelin döyüşləri haqqında dəyirmi masa keçirildi.

07.04.2017-ci il tarixində məktəbimizdə 2016-cı il aprelin 2-dən 5-nə qədər baş vermiş döyüşlər haqqında dəyirmi masa keçirildi. Dəyirmi masada məktəbimizin ədəbiyyat müəllimləri Mikayılova Zərifə, Muradova Təranə, tarix müəllimi Novruzova Dinara və 8 - 9 - cu sinif şagirdləri iştirak etdilər. Dəyirmi masada 4 günlük aprel döyüşləri və bu döyüşlərdə ordumuzun əldə etdiyi qələbə müzakirə olundu. Eyni zamanda qeyd olundu ki, Azərbaycanın qüdrətli ordusu var, hansı ki, istənilən an torpaqlarımızı geri qaytarmağa qadirdir.