21.05.2025-ci il tarixdə məktəbimizdə "Mətbəx mədəniyyətimiz"adlı kulinariya günü keçirildi.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin 3-29-59/3-2-150F/2025 nömrəli əmrinə əsasən milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi,təhsilalanların bu dəyərlərə məhəbbət ruhunda tərbiyə edilməsi,türk xalqlarının qədim tarixinin hərtərəfli öyrənilməsi,şagirdlərdə yaradıcı düşüncə meyillərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Əsasnaməsinin 5.5.4-cü bəndini rəhbər tutaraq məktəbimizdə "Dəyərlərimizi qoruyqaq"layihəsi keçirilir. Layihə əsasında "Milli mətbəximiz"-kiçik aşpazlar başlığı altında 21.05.2025-ci il tarixdə şagirdlərin bacarıqlarının üzə çıxarılması məqsədilə "Mətbəx mədəniyyətimiz"adlı kulinariya günlərinə həsr olunmuş tədbir keçirildi.Burada şagirdlər öz bacarıq və məharətini göstərdi.