20.05.2025-ci il tarixdə məktəbimizdə "Xalqımızın milli-mənəvi dəyərlər sistemində ailənin rolu"mövzusunda valideyn komitələri ilə görüş keçirildi.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin 3-29-59/3-2-150F/2025 nömrəli əmrinə əsasən milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi,təhsilalanların bu dəyərlərə məhəbbət ruhunda tərbiyə edilməsi,türk xalqlarının qədim tarixinin hərtərəfli öyrənilməsi,şagirdlərdə yaradıcı düşüncə meyillərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Əsasnaməsinin 5.5.4-cü bəndini rəhbər tutaraq məktəbimizdə "Dəyərlərimizi qoruyqaq"layihəsi keçirilir.Bu başlıq altında 20.05.2025-ci il tarixdə məktəbimizdə təhsil alan şagirdlərə sağlam ailə əlaqələrinin və dəyərlərinin əhəmiyyətinin öyrədilməsi məqsədilə rəhbərlik tərəfindən təşkil olunmuş valideyn komitələrinin iclası keçirildi.