13.03.2025-ci il tarixdə məktəbdə şagird nizam-intizam qayda və tədbirlərin tətbiqi forması mövzusunda valideyn iclası keçirildi.
Məktəbin akt zalında şagird nizam-intizam qayda və tədbirlərin tətbiqi forması haqqında valideyn komitələri ilə məktəb rəhbərliyinin görüşü keçirildi.Burada şagirdlərin fiziki təhlükəsizliyi,psixoloji sağlamlığı ,məktəbdaxili münasibətləri,(şagirdlər arasında münasibət,məktəb kollektivi ilə olan münasibət),əlverişli öyrənmə mühiti,Azərbaycanın milli-mənəvi dəyərlərini əks etdirən müvafiq məktəb mühiti və digər gündəmdə olan məsələlər öz əksini tapdı.Məktəbin direktoru Nizami Niftiyev valideynlərə övladlarının davamiyyət və punktuallığından,geyim və xarici görünüş,təhlükəsizlik,etik davranış haqqında danışdı.Həmçinin çətin tərbiyə olunan şagirdlərin ehtiyaclarının və davranış problemlərinin müəyyənləşdirilməsi,onlara fərdi yanaşma,valideynləri ilə əməkdaşlıq,psixoloji dəstək,motivasiya və mükafatlandırma,təlim-tərbiyə prosesində inteqrasiya,sosiallaşmanın dəstəklənməsi,nəzarət və təhlil haqqında geniş söhbət edildi.