"21 Fevral" -Beynəlxaq Ana Dili Günü qeyd olundu.

21.02.2025-ci il tarixdə Beynəlxalq Ana Dili Günü münasibətilə xüsusi tədbir təşkil edildi.Tədbiri məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Zərifə Mikayılova təşkil etdi.Tədbirdə məktəb rəhbərliyi ,müəllimlər iştirak etdi.Tədbirin əsas məqsədi ana dilin qorunması,inkişafı və gələcək nəsillərə ötürülməsi mövzusunda maarifləndirmə aparmaq olub.Açılış nitqlərində ana dilinin milli kimliyin və mədəni irsin ayrılmaz hissəsi olduğu vurğulanıb.Proqram çərçivəsində çıxışlar,ədəbi-bədii kompozisiyalar,şagirdlərin ifasında şeirlər ,musiqi nömrələri,kiçik səhnəciklər təqdim olundu.Sonda məktəb rəhbəri Nizami Niftiyev ana dilinin qorunması və inkişafı istiqamətində birgə fəaliyyətin vacibliyini qeyd edərək,bu kimi tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyətini vurğulayıb.