"Multikulturalizm sözdə və əməldə" devizi altında musiqi gecəsi

06.03.2017-ci il tarixdə məktəbimizdə "Multikulturalizm sözdə və əməldə" devizi altında musiqi gecəsi keçirildi. Gecədə məktəb rəhbərliyi , müəllimlər və şagirdlər iştirak etmişdir. Tədbirdə musiqinin yaranma tarixi, Azərbaycanın qədim musiqi janrları, aşıq sənəti, muğamlar, klassik musiqi, xalq musiqisi, eləcə də Avropa və Asiya xalqlarının musiqi incilərindən nümunələr ifa edildi, rəqslər göstərildi. Alman, ingilis, rus, italyan, ərəb, hind və s. xalqların musiqilərindən nümunələr səsləndirilmiş, Azərbaycan muğamlarından "Şur" muğamı ifa edilmiş, Azərbaycan caz-muğam sintezinin banisi V.Mustafazadənin və dünya caz musiqisinin banisi Lui Armstronqun ifasındamusiqi nömrələri səsləndirilmişdir. Azərbaycan professional musiqisinin banisi, dahi Ü.Hacıbəyovun kiçilkdən böyüyə hər kəsin yaddaşına həkk olunmuş "O olmasın bu olsun!" musiqili komediyasından məktəbimizin şagirdlərinin ifasında kiçik bir səhnə göstərilmişdir. Nümayiş etdirilən nümunələr tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanmışdır. Sonda "Qarabağ, can qarabağ" musiqisinin sədaları altında toplaşan şagirdlərimiz Azərbaycanın bayrağını dalğalandırmış və bayraq altında birləşib musiqi beşiyi, Vaqifin torpağı, qədim Qarabağımızı geri qaytaracaqlarına inandıqlarını vurğuladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi