07.03.2025-ci il tarixdə "8 Mart Beynəlxalq Qadınlar Günü"münasibəti ilə tədbir keçirildi.

Məktəbin fəaliyyət planına uyğun olaraq 07.03.2025-ci il tarixdə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə məktəbin akt zalında ibtidai sinif müəllimi Kərimova Arzu tədbir təşkil etdi.Şagirdlər ilklərə imza atmış Azərbaycan qadınının ictimai həyatda rolundan danışdılar.Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti,UNESCO VƏ İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva və İDEA ictimai birliyinin yaradıcısı Leyla xanlm Əliyeva haqqında hazırladıqlarl təqdimatla çıxış etdilər.Tədbirdə şagirdlər müəllim və valideynlər üçün maraqlı çıxışlar etdilər,şeirlər söylədilər və musiqi nömrələri ilə bayram ab-havası yaratdılar.Qadın müəllimlərə və analara ünvanlanan səmimi təbriklər və xoş sözlər tədbir iştirakçılarına unudulmaz anlar yaşatdı. Sonda məktəbin direktoru Nizami Niftiyev tədbir iştirakçılarını ,qadın müəllimləri və valideynləri bu gün münasibəti ilə ürəkdən təbrik etdi və məktəbin qadın kollektivinə ,həmçinin valideyn komitələrinə hədiyyə təqdim etdi.