"Şən startlar"estafet yarışı keçirildi.

Elm və Təhsil Nazirliyi təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi,fiziki inkişafının təmin edilməsi ,onlarda müsbət emosiyaların dayanıqlı olması,idman və bədən tərbiyəsinin inkişafı,bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində davamlı və məqsədyönlü işlər aparır.Buna müvafiq şagirdlərin idmana olan marağının artırılması,sağlam həyat tərzinin təbliği məqsədilə "5 mart-Bədən Tərbiyəsi və İdman Günü"ərəfəsində 4 mart-10 mart 2025-ci il tarixində ümumtəhsil müəssisələrində idman həftəsi keçirilir.Layihə çərçivəsində məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər,maarifləndirmə, müsabiqələr ,yarışlar,görüşlər,mükafatlandırma və digər tədbirlərin təşkili nəzərdə tutulur."İdman həftəsi"layihəsi çərçivəsində məktəbin 5-ci sinif şagirdləri arasında "Şən startlar"estafet yarışı keçirildi.Yarışda qalib komanda münsiflər heyəti tərəfindən mükafatlandırıldı.