24.02.2025-ci il tarixdə Xocalı soyqırımının otuz üçüncü ildönümünə həsr olunmuş rəsm müsabiqəsi keçirildi.

Məktəbin fəaliyyət planına uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması,tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması,xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədilə "Xocalı soyqırımının otuz üçüncü ildönümünün keçirilməsi "ilə bağlı hazırlanmış tədbirlər planına əsasən silsilə tədbirlərimiz davam edir.Məktəbin yuxarı sinif şagirdlərindən ibarət Xocalı soyqırımına həsr olunmuş rəsm müsabiqəsi keçirildi.