Məktəbimizdə Dünya Azərbaycanlıların həmrəylik ili qeyd olundu.

Hər il dekabr ayının son gününün Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın tarixi Vətənlə-Müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə,həmçinin onların bir-biri ilə sıx ünsiyyət qurmalarına,milli-mənəvi dəyərlərimizin,ənənələrimizin qorunub saxlanmasına xidmət edir.Elə bu minvalla 06.01.2025-ci il tarixdə Rus dili müəllimi Novruzova Dinara məktəbin şagirdləri ilə birgə akt zalında Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibətilə tədbir keçirmişdi.Tədbirdə məktəbin direktoru Nizami Niftiyev,təlim-tərbiyə işləri üzrə direktor müavini Aidə Cəfərova,məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Aytəkin Quluzadə,valideynlər və digər qonaqlar iştirak etdi. İlk olaraq tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Sonra Vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbir şagirdlərin iştirakı ilə müxtəlif, bir-birindən rəngarəng kompozisiyalardan təşkil olunmuşdu.Burada Azərbaycan kinomotoqrafiyasının zəngin kino və tamaşalarına yer verilmişdir.Buna misal "Hicran"tamaşası,"Bəxt üzüyü"kinosu, dahi bəstəkar və pedaqoq Üzeyir bəy Hacıbəyovun "O olmasın bu olsun","Arşın mal alan" filminindən qisa fraqmentlər,daha sonra "Qaynana"kinosundan olan səhnəciklər tədbirdə iştirak edən qonaqlarin böyük marağına səbəb oldu.Həmçinin tədbirdə məktəbin birinci yarımilini müvəfəqiyyətlə başa vurmuş əlaçı və zərbəçiləri direktor Nizami Niftiyev döş nişanı və hədiyyələrlə təltif etdi.Sonda direktor Nizami Niftiyev şagirdləri və qonaqları bu bayram münasibətilə təbrik edib onlara uğurlar arzuladı.