17.01.2025-ci il tarixdə məktəbimizdə "20 Yanvar"faciəsinin otuz beşinci ildönümünə həsr olunmuş rəsm sərgisi keçirildi.

Məktəbin illik fəaliyyət planının müvafiq bəndinə əsasən şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması,tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması,xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədilə "20 Yanvar-Ümumxalq hüzn günü"ilə bağlı hazırlanmış tədbirlər planına əsasən silsilə tədbirlərimiz davam edir.Tədbirlər planına müvafiq olaraq "20 Yanvar"faciəsinə həsr olunmuş rəsm müsabiqəsi keçirildi.