Novruz şənliyi

14.03.2017-ci il tarixində Suraxanı rayonu İcra Hakimiyyətinin rəhbərliyi altında Suraxanı rayonunda yerləşən "Atəşgah" abidəsində təşkil olunmuş Novruz şənliyində bizim məktəbimiz də yaxından iştirak etmişdir. Məktəbimizin şagirdləri milli geyimlərdə mahnı və rəqslərini nümayiş etdirdilər. 4c sinif şagirdi Məmmədzadə Səbinənin söylədiyi şeir dinləyənlərin və xüsusi ilə İcra başçısı İlqar Abbasovun çox xoşuna gəlmişdir. Karvan dəstəsinin tədbirə gəlməsi və Dədə Dorqudun Atəşgahdan odu götürüb çaparların müşahidəsi ilə səhər mərkəzinə aparması hamının sevincinə səbəb oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi