16.12.2024-cü il tarixdə "Partlayıcı sürsatların təhlükəsinə dair"maarifləndirici söhbət aparıldı.
16.12.2024-cü il tarixdə məktəbin tarix müəllimi olan Kişizadə Ramil 9-10-11-ci sinif şagirdlərinə "Partlayıcı sursatların təhlükəsinə dair"maarifləndirici söhbət apardı.Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirici söhbətdə şagirglərə işğaldan azad edilmiş ərazilərdə movcud mina və partlamamış hərbi sursat təhlükəsi,törədə biləcəyi xəsarətlər,mina təhlükəsinin izahı,əsas təhlükəsizlik qaydaları,şübhəli ərazilərin əlamətləri,eləcə də xəbərdarlıq nişanları barədə məlumat verildi.Sonda şagirdlərə Partlayıcı sursatların təhlükəsinə dair videoçarx nümayiş olundu.Bu söhbətdə məktəbin direktoru Nizami Niftiyev və təlim-tərbiyə işləri üzrə direktor müavini Aidə Cəfərova iştirak etdi.