Məktəbimizdə "Azərbaycanın COP29-a sədirliyi qlobal şimal və cənub arasında körpüdür"mövzusunda dəyirmi masa keçirildi.

28.11.2024-cü il tarixdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi olan Mikayılova Zərifə "Azərbaycanın COP-29 a sədirliyi qlobal şimal və cənub arasında körpüdür"başlığı altında dəyirmi masa keçirdi.Dəyirmi masada şagirdlərimizlə Qarabağ döyüşçüsü,veteran,hərbi jurnalist,şair olan Bayram Aşıqlı geniş və maraqlı söhbət apardı.Görüşü məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Zərifə Sufi Mikayılova təşkil etdi.Görüş olduqca maraqlı keçdi.Şagirdlər tariximizə aid şeirlər söylədilər,suallara cavab verdilər.Sonda məktəbin direktoru Nizami Niftiyev qonaqlara təşəkkür edib şanlı tariximizlə bağlı ətraflı söhbət apardı.