"Fövqəladə hallar uşaqların gözü ilə" XII Respublika uşaq yaradıcılıq müsabiqəsinində şagirdimizin nailiyyəti.
Dekabrın 18-də Fövqəladə Hallar Nazirliyi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş "Fövqəladə hallar uşaqların gozü ilə" XII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirildi.Tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov,gənclər və idman naziri Fərid Qayıbov, elm və təhsil nazirinin müavini Həsən Həsənli ,Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələlərinin şöbəsinin sektor müdiri Həmid Nəsirov,Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov və digər şəxslər iştirak etmişdilər.Müsabiqənin keçirilməsində məqsəd ictimaiyyətin diqqətinin fövqəladə hallarla bağlı problemlərə yönəldilməsi,məktəblilərə təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin aşılanması,onların vətənpərvərlik ruhunda yetişdirilməsi,eləcə də istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsidir.Bu tədbirdə məktəbimizin 6 a sinif şagirdi olan Məmmədov Yusif hazırladığı eksponata görə III yerə layiq görüldü.