05.11.2024-cü il tarixdə "Şagird təhlükəsizliyi"mövzusunda valideynlərlə görüş keçirildi.

Ümumi təhsil müəssisələrində normal iş ahənginin qurulması və təlim-tərbiyə prosesinin mövcud qanunvericiliyin tələblərinə uyğun aparılması üçün mühüm şərtlərdən biri də məktəbdə təhlükəsiz mühitin yaradılmasıdır.Bununla da bağlı 05.11.2024-cü il tarixdə məktəbin direktoru Nizami Niftiyev 8 və 9-cu siniflər üzrə valideyn iclası keçirdi. İclasda təlim-tərbiyə işləri üzrə direktor müavini Aidə Cəfərova,məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Aytəkin Quluzadə və sosial pedaqoqlar iştirak etdilər.Valideyn iclasında həmçinin buraxılış imtahanına hazırlıq,məktəbdə tətbiq edilən "şagird davranış qaydaları"nı müzakirə etdi.