06.11.2024-cü il tarixdə "Təhlükəsizlik günü"adı altında məktəb rəhbərliyinin sinif nümayəndələri ilə iclası keçirildi.

Ümumi təhsil məktəblərində normal iş ahənginin qurulmasl və təlim-tərbiyə prosesinin mövcud qanunvericiliyin tələblərinə uyğun aparılması üçün mühüm şərtlərindən biri də müəsissədə təhlükəsiz mühitin yaradılmasıdır.Cəmiyyətdə məktəb şagirdlərin ,müəllimlərin və məktəb kollektivinin digər üzvlərinin özlərini fiziki,psixoloji və sosial baxımdan təhlükəsiz və rahat hiss etdikləri məkan kimi dəyərləndirilir.Bununla da məktəbimizin direktoru Nizami Niftiyev və məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Aytəkin Quluzadə qeyd olunan mövzu ətrafında sinif nümayəndələri ilə geniş müzakirələr apardılar.Onlar şagirdlərin qadağan olunmuş əşyaları məktəbə gətirməməli,şübhəli bağlamalar,qutular,partlayıcı və radioaktiv maddələr aşkar edildikdə onlara yaxınlaşmamalı və bu haqda dərhal müvafiq təhlükəsizlik qurumlarına məlumat verilməsini şiddətlə tövsiyə etdilər.Həmçinin iclasda UBTRİ-i Rahidə Quliyeva,sosial pedaqoqlar Abdullayeva Mirzadə və Məmmədova Təranə iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi