Pedaqoji Şura iclası keçirildi.

Pedaqoji şuranın illik fəaliyyət planına uyğun olaraq sentyabrın 12-də 2024-2025-ci tədris ilinin ilk pedaqoji şura iclası keçirildi.İclasda gündəlikdə duran məsələlər ilə yanaşı məktəbin illik fəaliyyət planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin daim diqqətdə saxlanılması,məktəb idarə etməsi ,prespektiv planlarının hazırlanması,tədrisin təşkilində müasir metodlardan istifadə edilməsi üçün təşkilati işlərinin aparılması,dərslik və proqramlar,fənn kurikulumlarının tətbiqi kimi məsələlərə toxunulmuşdur.Həmçinin qərara alınmışdır ki yeni tədris ilindən məktəb mühiti,təlim keyfiyyətinin artırılması,istiqamətində səmərəli yanaşmalar,məktəbdaxili qiymətləndirmə,valideynlərlə işin qurulması,məktəbdənkənar fəaliyyətin düzgün planlaşdırılması və digər müvafiq mövzularda müzakirələr aparıldı.