07.11.2024-cü il tarixdə məktəbimizdə Zəfər bayramı qeyd olundu.

Zəfər gününə həsr olunmuş tədbir keçirildi.
Məktəbin fəaliyyət planına əsasən şagirdlərdə dövlət rəmzlərinə, vətənpərvərlik , milli mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması, tarixi hadisələrə düzgün rəy verilməsi bacarığının formalaşdırılması , xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği, tariximizin şanlı səhifələrinə həsr olunmuş tədbirlərin keçirilməsi məqsədilə və "8 Noyabr Zəfər Gününün keçirilməsi "barədə BŞTİ-nin müvafiq əmrinə əsasən məktəb üzrə əmrlə Tədbirlər Planı yazılıb təsdiq edilmişdir.
Tədbirlər planına uyğun olaraq noyabr ayının 7-i məktəbin təsviri incəsənət müəllimi Fətullayeva Səidə 10 a sinif şagirdlərinin iştirakı ilə "Zəfər bayramı"başlığı altında tədbir keçirildi.Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi,Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimiz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Sonda söz məktəbin direktoru Nizami Niftiyevə Məktəb direktoru tədbir iştirakçılarını salamlayaraq ,bu şanlı gün münasibətilə hər bir kəsi təbrik etdi.O bildirdi ki, Qarabağ Zəfəri Azərbaycan xalqının sarsılmaz birliyini, yenilməz gücünü və dəmir iradəsini bütün dünyaya nümayiş etdirdi.