Məktəbin ibtidai sinif müəllimi Hacıyeva Leyla rəhbəri olduğu 2 b sinfində riyaziyyat fənnindən dərs dinləmə keçirdi.

Məktəbin ibtidai sinif müəllimi Hacıyeva Leyla rəhbəri olduğu 2 b sinfində riyaziyyat fənnindən "Məsələlərin həlli "mövzusunda dərs dinləməsi keçirdi.Dinləmədə məktəbin direktoru Nizami Niftiyev,təlim tərbiyə işləri üzrə direktor müavini Aidə Cəfərova iştirak etdi .Dərsin məqsədi iki ədədin çıxılması və toplanmasına aid tətbiqi məsələləri birbaşa və dolayı formada həll etməyi öyrənməkdir.Nəticədə müxtəlif üsullarla yazılmış çıxmaya aid misalları yazmağı və həll etməyi,iki ədədin 1 və 2 addımda çıxılmasına və toplanmasına aid tətbiqi məsələləri həll etməyi şagird bacaracaqdır.