Suraxanı Gənclər Evində "Yaşıl Dünya"adlı tədbir keçirildi.

30.10.2024-cü il tarixdə Suraxanı Gənclər Evində "Yaşıl Dünya"adlı tədbir keçirildi.Tədbirdə məktəbimizin UBTR-i Quliyeva Rahidə və yuxarı sinif şagirdləri iştirak etdi.Tədbirdə gənclərlə ekologiyanın təmizliyi və ətraf mühitin qorunması haqqında maarifləndirici söhbətlər aparıldı .İştirakçılar ekologiya məsələlərinin önəmi və təbiətə olan məsuliyyətləri barədə müzakirələr etdilər .Sonda gənclərə Suraxanı Gənclər Evindən "Yaşayan qələm" hədiyyə olundu."Yaşayan qələm"ekoloji bir təşəbbüsdür, adətən bitki və ya toxumların əkilməsi üçün istifadə olunur .Gənclər bu qələm vasitəsilə bitkileri əkib böyüdəcəklər.Bu proses onlara təbiətə bağlılığı artırmaq,ətraf mühitin qorunmasını öyrənmək və ekoloji məsuliyyətlərini anlamaq imkanı verir.Beləliklə gənclər "Yaşayan qələm" ilə həm öz həyatlarına,həm də gələcək nəsillərə yaşıl bir miras qoyacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi