24.10.2024-cü il tarixdə "Reproduktiv sağlamlıq mövzusunda 8-ci siniflərdə dərs -məşğələ keçirildi .

Bildiyimiz kimi, ümumi təhsil müəssisələrinin şagirdləri arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq eləcə, də erkən və qohumlararası nikahların qarşısının alınması sahəsində maarifləndirmə işinin aparılması məqsədilə "Ümumi təhsil müəssisələrinin VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodiki vəsait"hazırlanmış və istifadə olunması üçün bütün dövlət ümumi təhsil müəssisələrində təqdim edilmişdir. Bu məsğələni məktəbin sahə üzrə həkimi Gülnaz həkim və tibb bacısı Ağayeva Leyla apardı .Onlar 8-ci sinifdə "Mən və mənim əhatəm" mövzusunda məşğələlər keçirdilər.Şagirdlərə bu mövzu haqqında məlumat verib ,onların əhatəsində olan insanlarla necə ünsiyyət qurmaq,dost və dostluğa verilən tələblərdən, dostluğun onlar üçün əhəmiyyəti barədə geniş məlumat verdilər.