23.10.2024-cü il tarixdə məktəbimizdə "Təbiətdən incəsənətə"başlığı altında əl işləri və rəsm müsabiqəsindən təşkil olunmuş sərgi keçirilib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin 3-29-59/2-4107/2024-cü əmrinə əsasən ölkəmizdə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili"elan olunması ilə əlaqədar ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması , su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə edilməsi , yaşıl enerji növlərinin yaradılması istiqamətində uşaq və gənclərin maarifləndirilməsi məqsədilə məktəbimizdə "Təbiətdən incəsənətə"başlığı altında əl işləri və rəsm müsabiqəsi keçirildi, seçilmiş işlər məktəb sərgisində nümayiş etdirildi.