Məktəbimiz məktəbəqədər hazırlıq məşğələlərinə başladı.

Oktyabrın 1-də dövlət ümumtəhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarında məşğələlərə start verildi. Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında həftədə 4 gün olmaqla ,12 məşğələ keçirilir.Məktəbəhazirliq qruplarında "Ətraf aləmlə tanışlıq","Savad təliminə hazırlıq və nitq inkişaf","Bədii təfəkkürün inkişafı ","Məntiqi riyazi təfəkkürün inkişafı ","Təsviri fəaliyyət ,"Musiqi"və "Fiziki mədəniyyət"dərs məşğələləri keçirilir .Məktəbəhazırlıq məşğələləri mayın 31-də başa çatır .Qeyd edək ki məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığı artırmaq,əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşmaq , onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.