Riyaziyyat və informatika fənni üzrə metodbirləşmə iclası keçirildi.
2024-2025-ci tədris ilinin başlanılması ilə əlaqədar keçirilən metodbirləşmə iclasları sırasında riyaziyyat və informatika müəllimlərinin də metodbirləşmə iclası keçirilib .İclasda təlim tərbiyə - işləri üzrə direktor müavini Aidə Cəfərova, riyaziyyat və informatika fənni üzrə metodbirləşmə rəhbəri Məmmədova Nailə və məktəbin riyaziyyat və informatika müəllimləri iştirak etdi .İclasda yeni tədris ilində qarşıda duran məsələlər haqqında danışıldı, yeni I və XI sinif riyaziyyat və informatika dərslikləri ,metodik vəsaitlərə nəzər salınaraq müzakirələr aparıldı , prespektiv və gündəlik planlaşdırmaların tərtibi və təsdiqi kimi digər məsələlərə yer verildi.Qarşıda duran əsas məsələlərdən biri də şagirdlərdə İKT bacarıqlarının inkişaf etdirilməsi yolunda doğru addımların atılması oldu.