Texnologiya- təsviri incəsənət, fiziki tərbiyə, GÇH və musiqi fənni üzrə metodbirləşmə iclası keçirildi.

2024-2025-ci tədris ilinin başlanılması ilə əlaqədar keçirilən metodbirləşmə iclasları sırasında Texnologiya -Təsviri incəsənət, Fiziki tərbiyə, Musiqi,GÇH müəllimlərinin metodbirləşmə iclası keçirildi.İclasda təlim tərbiyə işləri üzrə direktor müavini Aidə Cəfərova, Musiqi fənni üzrə metodbirləşmə rəhbəri Əmirova Yana və məktəbin texnologiya təsviri incəsənət, fiziki tərbiyə,GÇH müəllimləri iştirak etdi.İclasda yeni tədris ilində qarşıda duran vəzifələr haqqında danışıldı, prespektiv və gündəlik planlaşdırmaların tərtibi və təsdiqi kimi digər məsələlərə dair qərarlar qəbul edildi.