14.06.2024-cü il tarixdə məktəbimizdə "Son Zəng"qeyd olundu.

14.06.2024-cü il tarixdə məktəbimizdə möhtəşəm Son Zəng tədbiri keçirildi. Tədbir məktəbin illik fəaliyyət planına əsasən məzunların doğma məktəblə vidalaşması məqsədi ilə baş tutub.İlk olaraq tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamiş,daha sonra şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.Bədii kompozisiya,şən mahnılar və çıxışlarla davam edən tədbirdə məktəb rəhbərliyi, Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi, müəllimlər, valideynlər və şagirdlər iştirak etdi.İlk olaraq söz məktəbin direktoru Nizami Niftiyevə verildi.O, məzunları Son Zəng günü münasibətilə təbrik etdi və onlara gələcək həyatlarında gözəl nailiyyətlər arzu etdi.Sonra təbrikə Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi qoşuldu.Tədbir gələn qonaqların böyük marağına səbəb oldu və uzun müddət öz əsrarəngiz gözəlliyinə görə yaddaşlarda qalacaq.https://youtu.be/HL0rLZ5kvQY?si=ppttW58jsdZvfhcd

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi