"Ailə və məktəbim" layihəsi çərçivəsində valideyn və şagirdlərin birgə fəaliyyətə cəlb edilməsi istiqamətində tədbirlər keçirilib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 3-29-59/3-2-38F/2023 nömrəli əmrinə əsasən "Ailə və məktəbim"layihəsi çərçivəsində valideyn və şagirdlərin birgə fəaliyyətə cəlb edilməsi istiqamətində 22.05.2024-cü il tarixdə məktəbimizdə tədbir təşkil olundu.Tədbirdə gözəl əl bacarığı olan valideynlər ,şagirdlərə bu istiqamətdə geniş məlumat və praktiki olaraq təcrübə keçdilər.