Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə fövqəladə hallar zamanı (sudaboğulma, yanğın,dəm qazı təhlükəsi) davranış qaydalarına dair məktəbimizdə maarifləndirici tədbir keçirildi.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil, orta ixtisas və peşə ixtisas təhsili müəssisələrində Xəzər dənizi və su hövzələrində boğulma təhlükəsinə qarşı maarifləndirmə tədbirləri barədə "3-29/3-2-460F/2023 nömrəli , əmirinin icrası ilə əlaqədar Elm və Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin hazırladıqları təhsilalanların və təhsilverənlərin maarifləndirməsinə dair "Yaddaş -Təlimat Kitabçası "nın elektron şəkildə məktəbimizin yuxarı sinif şagirdlərinə nümayiş olundu.