"7-dən 17-yə vətənpərvər!"layihəsi çərçivəsində şagirdlər tərəfindən bukletlər toplusu hazırlandı.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi 3-29-59/3-2-387F/2023-cü əmrinə əsasən məktəbimizdə 24.05.2024-cü il tarixdə I-XI sinif şagirdlərinin iştirakı ilə "7-dən 17-yə vətənpərvər!"layihəsi keçirildi.Cəmiyyəti inkişaf etdirən, irəli aparan vətəndaşlar məktəblərdə tərbiyə alır və formalaşır.Müasir dövrdə təhsilin qarşısında qoyulmuş fəal vətəndaşlar yetişdirmək vəzifəsi də məhz sistemli, ardıcıl aparılan vətənpərvərlik tərbiyəsinin nəticəsində reallaşdırılır.Beləliklə də "7-dən 17-yə vətənpərvər!"layihəsi çərçivəsində şagirdlərimiz tərəfindən bukletlər toplusu hazırlandı.