23.04.2024-cü il tarixdə məktəbimizdə "Narkotikə yox"başlığı altında tədbir keçirildi.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 20.11.2023-cü il tarixli 3-29-59/3-2-442F/2023 nömrəli əmrinə əsasən "Zərərli vərdişlərə birlikdə yox deyək"layihəsi çərçivəsində 23.04.2024-cü il tarixdə məktəbin biologiya müəllimi Mustafayeva Zümrüd şagirdlərin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə "Narkotiklər haqqında həqiqəti öyrənək "mövzusunda və digər zərərli vərdişlərlə mübarizəyə həsr olunmuş tədbir Tədbirdə Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova, Rayon Polis İdarəsinin rəis müavini Surxay Vəliyev,RİHBA-nın və Rayon Polis İdarəsinin nümayəndələri , məktəbin direktoru Nizami Niftiyev, müəllim və şagird kollektivi iştirak etdi.Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə məktəbin şagirdlərinin təqdimatında narkotik vasitələrdən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən səhnəcik və video çarx nümayiş Daha sonra Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova çıxış edərək dövlətimiz tərəfindən narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində daima işlər aparıldığını bildirib.Gənclərin məhz nəzarətsiz mühitin təsirinə düşməsi səbəbindən bu yola qurşamasını qeyd eden RİH başçısının müavini maarifləndirmə işlərinin mühüm əhəmiyyət kəsb etməsini də diqqətə Rayon Polis İdarəsinin rəis müavini Surxay Vəliyev , İdarənin yetkinlik yaşına çatmayanlarla iş üzrə profilaktiki bölməsinin rəis müavini Əfqan Ağayev çıxışlarında narkomanlığın insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran , sosial iqtisadi inkişafa mənfi təsir göstərən , insanların həyat və sağlamlığına böyük təhlükə yaradan , həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biri olduğunu qeyd edərək gənclərə mədəni -asudə vaxtlarının səmərəli düzgün təşkil etmələrini tövsiyyə ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi