09.04.2024-cü il tarixdə məktəbimizdə "Dünya bizim evimizdir"Yaşıl şəbəkə "ekoloji maarifləndirmə proqramı təşkil edildi.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2023/2024-cü tədris ili üçün fəaliyyət planının 1.4.33.-cü bəndinə əsasən "Dünya bizim evimizdir"Yaşıl şəbəkə "ekoloji maarifləndirmə proqramı çərçivəsində məktəbimizdə müntəzəm olaraq yaşıllaşdırma və abadlıq işləri aparılır.Bununla da bağlı 09.04.2024-cü il tarixdə məktəbin direktoru Nizami Niftiyev başda olmaqla fiziki tərbiyə müəllimləri Hüseynov Rafiq, Mirzəyev Kamran və texniki işçi olan Manafov İmran, Məmmədova Gülarə və 11 a sinif şagirdləri məktəbin həyətyanı sahəsində zeytun tingləri əkdilər.