14.04.2024-cü il tarixdə məktəbimizin məzunu şəhid Elxan Şükür oğlu Nəcəfinin məzarı ziyarət olundu.

Bu gün lokal antiterror əməliyyatları zamanı torpaqlarımızı düşmən tapdağından azad edərək şəhadətə ucalan , atası birinci Qarabağ müharibəsi şəhidi olan , anası əsir düşməkdən son anda qurtulan Azərbaycan ordusunun zabiti mayor Nəcəfi Elxan Şükür oğlunun doğum günüdür .Elxan Şükür oğlu Nəcəfi 1986-cı ilin aprelin 14-də Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub.1993-cü il iyunun 12-də Xocavənd istiqamətindən hərəkət edən erməni ordusunun Yusifcanlı kəndinə hücumu zamanı atası şəhid olub.Elxan məktəbimizdə təhsilini davam Elxan Nəcəfi rayonlarımızın işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi şücaət nümayiş etdirdiyi üçün "Cəbrayılın azad olunmasına görə","Zəngilanın azad olunmasına görə", və"Qubadlının azad olunmasına görə "medalları ilə təltif Mayor Elxan Nəcəfi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilən uğurlu lokal antiterror əməliyyatı zamanı sentyabrın 20-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində şəhid olmuşdur.Bununla əlaqədar 14.04.2024-cü il tarixdə 9 ç sinif şagirdləri sinfin rəhbəri olan Şıxəliyeva Cəmalə müəllim və 4 ç sinif şagirdləri Gülər və Aylin mezunumuz olmuş 2023-cü ilin şəhidi Nəcəfi Elxan Şükür oğlunun qəbrini ziyarət ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi