“Xocalı faciəsi və faciəyə gedən yol” mövsusunda dəyirmi masa

16.02.2017-ci il tarixində məktəbin kitabxanasında Xocalı faciəsinin 25-ci il dönümünə həsr olunmuş “Xocalı faciəsi və faciəyə gedən yol” mövsusunda dəyirmi masa keçirilmişdir.Tədbirdə müəllimlər, kitabxanaçılar və şagirdlər iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan kitabxana müdiri Güldanə Rəhimova və biologiya müəllimi Qənbərova Sərvinaz çıxışlarında Xocalı faciəsi və onun xalqımızın həyatında açdığı dərin yara,bu faciyəyə aparan yol, faciənin yaranma səbəbləri haqqında danışdılar. Onlar qeyd etdilər ki, Xocalı facıəsi xalqımızın yaddaşında qanlı bir səhifə açmışdır və bu heç vaxt unudulmayacaq. 7b sinif şagirdi Quliyeva Fərqanə Xocalı faciəsinə həsr etdiyi şeirini söylədi. Tədbirdə çıxış edən 6 və 7-ci sinif şagirdləri erməni əsgərlərinin törətdikləri vəhşiliklərdən, bu faciənin onlara necə təsir etdiklərindən danışdılar. 7b sinif şagirdlərinin yazdıqları ssenari əsasında hazırladıqları “Ana fəryadı” adlı kiçik tamaşa nümayiş etdirildi. Tədbiri məktəbin tarix müəllimi Dinara müəllimə bitirdi.Xocalı faciəsi ilə bağlı siniflər divar qəzetləri də hazırlamışdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi