19.03.2024-cü il tarixdə məktəbimizdə Novruz bayramı keçirildi.

Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təhsilalanların milli -mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək,şagirdlərdə yaradıcı düşüncə meyllərini gücləndirmək və dəyərlərimizi qoruyaq məqsədilə "Dəyərlərimizi qoruyaq"layihəsi start verilib.Layihə çərçivəsində 19.03.2024-cü il tarixdə məktəbimizdə "Novruz adətləri"mövzusunda tədbir keçirildi.Tədbirin keçirilməsində məqsəd milliliyin, milli -mənəvi dəyərlərin təbliği, milli bayramların qeyd olunması ilə xalqımızın milli -mənəvi dəyərlərinin yaşadılması və şagirdlərə aşılanmasıdır.Tədbirdə məktəbin 3c,4a,7a,10a,10b sinif şagirdləri iştirak etdi.Tədbirdə milli adət -ənənələrimizi təcəssüm etdirən Novruz bayramının tarixi,su,od, yel, torpaq çərşənbələrinin mahiyyəti, Novruz atributları qeyd olundu.Şagirdlər Novruz bayramı haqqında, bahar fəsli haqqında şeirlər söyləyib, mahnılar oxuduyub, rəqslər ifa etdilər.Sonda məktəbin direktoru Nizami Niftiyev zalda əyləşən müəllim,valideyn və şagirdləri salamlayıb onların qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, bütün bu tədbirin ərsəyə gəlməsində yaxından köməklik göstərən həyətə öz təşəkkürünü bildirib, Novruz adətləri haqqında daha ətraflı məlumat verərək tedbiri yekunlaşdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi