15.03.2024-cü il tarixdə 4ç sinfində "Təbiəti qoruyaq" başlığı altında tədbir keçirildi

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2023-2024-cü tədris ili üçün fəaliyyət planının 1.4.33-cü bəndinə əsasən "Dünya bizim evimizdir"Yaşıl şəbəkə ekoloji maarifləndirmə proqramı çərçivəsində məktəbimizdə 15.03.2024-cü il tarixdə 4ç sinfi "Təbiəti qoruyaq"başlığı altında tədbir keçirdi.Tədbirə başlamamışdan öncə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edildi.Təbiət- yer kürəsində olan bütün canlıların evidir.Tədbirdə Azərbaycan təbiətinin əsrarəngiz gözəlliyindən Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ təbiətindən, ermənilərin bu ərazilərdə törətdikləri ekoterror barədə məlumat verildi.Şagirdlər Qarabağ,Şuşa təbiəti haqqında şeirlər söylədilər.Ətrafı çirkləndirməyin təbiəti məhv etməyin səbəbkarı olan insanın bütün bu pislikləri əslində özünə etdiyi bir daha diqqətə çatdırıldı.Sonda Ana Təbiətin uşaqlara məktubu diləndirildi.Təbiət hər birimizin evidir.Evimizi təmiz saxlamaq hər birimizin borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi