Narkomaniyaya yox deyək.

8 fevral 2017-ci il tarixində Suraxanı rayonu Polis idarəsi və 196 N-li tam orta məktəbin təşəbbüsü ilə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, 30-cu polis bölməsinin rəisi polis polkovniki leytinant Eldar Qazıbəyov, bölmənin sahə rəisləri Bəxtiyar Məmmədov, Səməndər Musayev, yetkinlik yaşına çatmayanlarla profilaktik işlərin rəisi Namiq Abbasov, məktəbin tibb bacısı Ağayeva Səbirə çıxış edərək narkomaniyanın insan sağlamlığına vurduğu ciddi ziyanlardan, törətdiyi fəsadlardan danışdılar, şagirdləri bəşəriyyətin bəlasına çevrilən bu bəlaya qarşı mübarizəyə qoşulmağa çağırdılar. Onlar bu bəlanın yeniyetmələr və gənclər arasında daha çox yayıldığını deyərək onları daha diqqətli olmağa, daha çox məlumat əldə edərək narkotik maddələrdən uzaq durmağı məsləhət gördülər. Daha sonra 10a sinif şagirdi Mahmudlu Samir şagirdlər adından çıxış etdi, bu ətraflı məlumat üçün onlara təşəkkür etdiklərini bildirdi.Sonda 11 dəqiqəlik “Narkomaniya bəşəriyyatın bəlası” adlı videoçarx izlənildi.