22.02.2024-cü il tarixdə məktəbin 6a sinif şagirdləri" Beynəlxalq Ana dili günü"qeyd etdilər.

2023-2024-cü tədris ilinin 1.4.16.-cı bəndinin fəaliyyət planına əsasən məktəbimizdə millətin ana qayəsi, varlığının timsalı olan Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir 6 a sinif şagirdləri tərəfindən təqdim olundu.Şagirdlər tədbirə xüsusi sevgi ilə hazırlaşmışdı.Bu özünü onların çıxışlarında aydın şəkildə göstərirdi.Şagirdlər ana dilinə aid şeirlər, mahnılar ,slay şou nümayiş etdilər.Tədbirin məqsədi ana dilinin əhəmiyyətini, gələcək nəsillərə saf ,təmiz şəkildə ötürülməsini nə qədər vacib olduğunu çatdırmaq idi.Tədbirdə Azərbaycan və dünya ədəbiyyatı tarixinin görkəmli şəxsiyyətlərinin ana dili haqqında fikirlərinə yer verilmişdir.Dilin bir xalq üçün önəmini ümummilli lider H.Əliyev və ölkə başçısı İlham Əliyevin fikirləri vasitəsilə məktəb ictimaiyyətinə çatdırmağa çalışan şagirdlər bütün bacarıqlarından istifadə etdilər.Tədbirin sonunda məktəb direktoru Nizami müəllimə söz Nizami müəllim dil haqqında düşüncələrini şagird və müəllim heyəti ilə paylaşdı.Tədbirin sonunda xatirə şəkli çəkildi və iştirakçılara təşəkkür edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi